İqor Ponomaryov “Sabah” klubunda

İqor Ponomaryov “Sabah” klubunda

Bu ildən Premyer Liqada çıxış edəcək “Sabah” klubunda AFFA-nın tövsiyəsi və dəstəyi ilə Müşahidə Şurası yaradılıb. Klubun rəsmi "Feysbuk" səhifəsində yer alan xəbərə görə, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov şuraya sədr təyin olunub. Azərbaycanlı keçmiş futbolçu İqor Ponomaryov da burada təmsil olunacaq. Müşahidə Şurasının digər üzvləri isə aşağıdakılardır:

Rəhman Hacıyev - “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəri

Rauf Xəlilov - Sahibkar

Yaqub Hüseynov - Sahibkar

Bütün xəbərlər Facebook səhifəmizdə