"Neftçi"nin "Sumqayıt"la 25-ci dueli

"Neftçi"nin "Sumqayıt"la 25-ci dueli

"Neftçi” bu mövsüm Topaz Premyer Liqasında ilk oyununu avqustun 11-də keçirəcək. SİA-nın məlumatına görə, komanda 1-ci tur çərçivəsində "Sumqayıt”ın qonağı olacaq. "Dalğa Arena”da baş tutacaq oyun saat 20:00-da start götürəcək. "Neftçi" "Gənclik şəhəri” təmsilçisi ilə indiyədək 24 çempionat oyununda qarşılaşıb. Flaqman bunlardan 12-də qalib gəlib, 9-da məğlub olub. Cəmi 3 oyunda heç-heçə qeydə alınıb. Top fərqində də "Neftçi” üstündür - 39:30.

Bütün xəbərlər Facebook səhifəmizdə