"Krasnodar"ın futbolçusu Fyodor Smolov "Lokomotiv"ə transfer olunub. SİA-nın məlumatına görə, bu barədə Moskva klubunun saytı xəbər yayıb. Yerli mətbuat Rusiya millisinin hücumçusu ilə 4 illik müqavilə imzalandığını yazır. Bu transfer üçün "Lokomotiv"in 9 milyon avro təzminat ödədiyi iddia olunur. 28 yaşlı oyunçunun yeni klubunda ilinə 3 milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, F.Smolov ötən mövsüm Rusiya Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB