Beynəlxalq Əlillər Günü münasibətilə yarışlar keçiriləcək

Beynəlxalq Əlillər Günü münasibətilə yarışlar keçiriləcək
Beynəlxalq Əlillər Günü münasibətilə oturaq voleybol və futzal üzrə turnirlər təşkil ediləcək. SİA-nın məlumatına görə, yarışları Milli Paralimpiya Komitəsi təşkil edəcək. Turnirlər Sumqayıt şəhərində yerləşən Paralimpiya Kompleksində baş tutacaq. Tədbirlərdə Paralimpiya Komitəsinin rəhbərliyi, Volebol federasiyasının nümayəndələri, Qarabağ Əlillər Cəmiyyətinin üzvləri, Sumqayıt icra hakimiyyətinin nümayəndələri də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə