Yunanıstanlı azarkeşlər jurnalistləri döyüb və soyublar

Yunanıstanlı azarkeşlər jurnalistləri döyüb və soyublar

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən PAOK - “Spartak” (3:2) matçından öncə qalmaqal baş verib. SİA-nın məlumatına görə, "Tumba" stadionun ətrafında rus jurnalistlər yerli azarkeşlərin hücumuna məruz qalıblar. Rusiyalı jurnalist Dmitri Yeqorov sosial şəbəkə hesabında paylaşdığı məlumatda yunanıstanlı azarkeşlər tərəfindən bir neçə jurnalistin döyüldüyünü yazıb. Yunan azarkeşlər qələm əhlini döyməklə kifayətlənməyiblər. Onlar oyunu işıqlandırmağa gələn jurnalistləri soyublar və üstəlik, akkreditasiyalarını almağa da cəhd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə