İslandiya millisinin yeni baş məşqçisi müəyyənləşib. Qol.az-ın İslandiya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanı Erik Hamren çalışdıracaq. 61 yaşlı mütəxəssis bu vəzifədə Heymir Hadlqrimssonu əvəz edib.
Hamren son olaraq İsveç millisini çalışdırıb (2009-2016). İsveçli mütəxəssis 2008-2010-cu illərdə Norveçin "Rusenborq" klubunun baş məşqçisi olub.
Qeyd edək ki, “Qarabağ”ın yeni transferi Hannes Halldorsson İslandiya millisinin əsas qapıçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB