“Atletik”in qapıçısı Kepa Arrizabalaqa karyerasını “Çelsi”də davam etdirəcək. Bilbao təmsilçisinin rəsmi saytında yer alan xəbərə görə, London klubu ispaniyalı qolkiper üçün 80 milyon avro ödəyib. Bununla da Kepa futbol tarixinin ən bahalı qapıçısı və İspaniyanın ən bahalı futbolçusu olub. Qeyd edək ki, İspaniya millisinin üzvü 2012-ci ildən “Atletik”də çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB