Tibo Kurtuanın "Real"a keçidi reallaşır

Tibo Kurtuanın "Real"a keçidi reallaşır

"Çelsi"nin qapıçısı Tibo Kurtuanın "Real"a keçidi gerçəkləşmək üzrədir. Britaniya mətbuatı yazır ki, belçikalı qolkiper sabah Madridə gedəcək. Onun yaxın vaxtlarda "Real"la müqavilə imzalayacağı iddia olunub.

Qeyd edək ki, "Real"a keçmək istəyən Kurtua "Çelsi"nin məşqinə çıxmaqdan imtina edib. Buna görə o, 200 min funt-sterlinq məbləğində cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə