"Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədovun qərarı ilə futbolçu Fərid Quliyev transferə çıxarılıb. SİA-nın xəbərinə görə, bununla belə, qaydalara uyğun olaraq, milli komandanın hücumçusunun "Neftçi"nin əvəzedici heyətində oynaması və məşq etməsi üçün şərait yaradılıb.
Bununla bağlı əvəzedici heyətin baş məşqçisi İqor Getman deyib ki, Fərid Quliyev transferə çıxarılsa da, klub rəhbərliyi onun əvəzedici heyətdə məşq etməsi üçün şərait yaradıb: "Fərid yığma komandanın üzvüdür, peşəkar futbolçudur. Formasını itirməməsi üçün ona mütləq məşq etmək lazımdır. Biz ona kömək etməyə hazırıq. Quliyev əvəzedici heyətlə birgə məşqlərə qatıla və məşqçilər korpusunun qərarı ilə oyunlarda iştirak edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB