Tuyqun Nadirov Azərbaycan Premyer Liqasının əsas problemini nədə görür? - ÖZƏL

Tuyqun Nadirov Azərbaycan Premyer Liqasının əsas problemini nədə görür? - ÖZƏL
Qış transfer dövründə "Xəzər Lənkəran" klubuna yeni futbolçular cəlb olunacaq". Bu sözləri SİA-ya açıqlamasında klubun vitse-prezidenti Tuyqun Nadirov deyib. Onun sözlərinə görə, heyətdə kimin qalacağı, kimin gedəcəyini və yeni transferləri baş məşqçi açıqlayacaq. Vitse-prezident qeyd edib ki, yeni transferlər etmək üçün müəyyən siyahı tərtib olunub, seçim aparılır. T.Nadirov vurğulayıb ki, klubdan heç bir futbolçu ayrılmayacaq, əksinə heyət daha güclənəcək.
O, Premyer Liqada cənub təmsilçisinin bu günə qədər çıxışlarını qənaətbəxş hesab edib. Vitse-prezident komandada zədəlilərin, cəzalı futbolçuların olmasına baxmayaraq "Xəzər Lənkəran"ın çempionatda qaneedici oyun sərgilədiyini bildirib.
T.Nadirov Azərbaycan Premyer Liqasında hakim səhvlərini xüsusi qeyd edib. O, çempionatın əsas probleminin hakimlik olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə