“Real”ın futbolçusu Mateo Kovaçiç “Çelsi”yə keçir. Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, London klubu xorvatiyalı yarımmüdafiəçi ilə hərtərəfli razılığa gəlib.
Yarımmüdafiəçinin “Çelsi”də bir mövsüm icarə əsasında çıxış edəcəyi bildirilir. Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2015-ci ildən Madrid klubunda çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB