Kaka yenidən “Milan”a qayıdır?

Kaka yenidən “Milan”a qayıdır?

Braziliya millisinin sabiq üzvü Kaka yenidən “Milan”a qayıdır. Bu barədə klubun yeni idman direktoru Leonardo açıqlama verib. “Kaka “Milan”ı sevir. O, mənim köməkçim olacaq. Kaka klubda hər şeyin necə təşkil edildiyini bilmək istəyir. O, “Milan”a qayıdacaq” – deyə Leonardo bildirib.

Qeyd edək ki, 36 yaşlı Kaka 2003-2009 və 2013-2014-cü illərdə "Milan"da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə