PSV heyətinə yeni futbolçu cəlb edib

PSV heyətinə yeni futbolçu cəlb edib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi PSV heyətinə yeni futbolçu cəlb edib. Klubun rəsmi "Tvitter" səhifəsində yer alan xəbərə görə, Hollandiya təmsilçisi "Çzyansu Sunin"lə (Çin) müqaviləsinin müddəti başa çatan Trent Seynsberini transfer edib.

Qeyd edək ki 28 yaşlı oyunçu Avstraliya millisinin şərəfini qoruyur. O, DÇ-2018-də komandanın əsas müdafiəçilərindən biri olub. Xatırladaq ki, "Qarabağ" BATE səddini keçəcəyi təqdirdə, pley-off-da PSV ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə