İdmançılarımız İrandan 9 medal gətirirlər

İdmançılarımız İrandan 9 medal gətirirlər

İran İslam Respublikasının Urmiya şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, yarışda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ezam edilən 21 idmançımız da iştirak edib. İdmançılarımız turnirdə 55, 60, 66, 73, 80, 100, +100 kq çəki dərəcələrində mübarizə aparıblar.

Turnirdə 4 idmançımız I yerə çıxaraq qızıl, 1 idmançımız II yerə çıxaraq gümüş, 4 idmançımız isə III yerə çıxaraq bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə