Avropa Liqasında V turun oyunlarına start verilib. SİA-nn məlumatına görə, ilk oyun günüdə 6 qrupda 12 oyun keçirlib.
A qrupunda "Mençester Siti" öz meydanında "Salzburq"u darmadağın edib. "Yuventus" isə ardıcıl beşinci oyununda da meydandan bərabərliklə ayrılıb.
Səfərdə "Lex"lə "sülh" bağlayan "Turin" klubu növbəti mərhələ şansını çətinə çalıb.
B qrupunda səfərdə "Rusenborq"a minimal hesabla yenilən "Bayer" növbəti mərhələyə adlayıb. İkinci vəsiqəyə iddia edən "Atletiko" isə öz meydanında "Aris"ə yenilməklə, şansını son tura saxlayıb.
C qrupunda evdə "Lill"ə qalib gələn "Sportinq" qrup lideri kimi növbəti mərhələyə keçib. "Gent" isə evdə "Levski" ilə heç-heçə oynayıb, ikinci vəsiqənin taleyini son tura saxlayıb.
G qrupunda "Anderlext"i 3:1 hesabı ilə yenən "Zenit" növbəti mərhələyə çıxıb. AEK isə səfərdə enyihesabla "Hayduk"a qalib gəlib.
H qrupunda vəsiqəni ötən tur təmin edən "Ştutqart" səfərdə "Yanq Boyz"a 2:4 hesabı ilə uduzub. Bu nəticə İsveçrə klubunun növbəti mərhələyə çıxması üçün yetərli olub. Qrupun digər qarşılaşması - "Odense" - "Xetafe" matçı 1:1 hesabı ilə başa çatıb və hər iki komanda Avrokuboklarla vidalaşıb.
İ qrupunda da hər iki xoşbəxtin adına aydınlıq gəlib. Ukrayana "Metalist"i öz meydanında "Debretsen"i, Hollandiya PSV-si isə səfərdə "Sampdoriya"nı 2:1 hesabı ilə yenərək, növbəti mərhələyə çıxıb. "Debretsen" və "Sampdoriya" isə Avrokuoklarla vidalaşıblar.
Nəticələr:
A QRUPU
Lex (Polşa) - Yuventus (İtaliya) 1:1
Mançester Siti (İngiltərə) - Salzburq (Avstriya) 3:0
B QRUPU
Atletiko (İspaniya) - Aris (Yunanıstan) 2:3
Rusenborq (Norveç) - Bayer (Almaniya) 0:1
C QRUPU
Gent (Belçika) - Levski (Bolqarıstan) 0:0
Sportinq (Portuqaliya) - Lill (Fransa) 1:0
G qrupu
Hayduk (Xorvatiya) - AEK (Yunanıstan) 1:3
Zenit (Rusiya) - Anderlext (Belçika) 3:1
H qrupu
Odense (Danimarka) - Xetafe (İspaniya) 1:1
Yanq Boyz (İsveçrə) - Ştutqart (Almaniya) 4:2
İ qrupu
Metalist (Xarkov, Ukrayna) - Debretsen (Macarıstan) 2:1
Sampdoriya (İtaliya) - PSV (Hollandiya) 1:2
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB