Milan Baroşun ailəsində “patron” kimdir?

Milan Baroşun ailəsində “patron” kimdir?
"Qalatasaray"ın təcrübəli forvardı Milan Baroş həyat yoldaşı Tereza Barosova ilə birlikdə mediaya ailəsindən danışıb. SİA-nın məlumatına görə, o, çox gözəl xanımı olduğunu, Praqada bütün kişilərin ondan gözlərini çəkə bilmədiklərini deyib. "Əvvəllər çox qısqanc idim, indi isə artıq o mənim həyat yoldaşımdır və mən ona çox inanıram", - deyə futbolçu vurğulayıb. T.Barosova isə Ş Baroşun hər cəhətdən mükəmməl insan olduğunu qeyd edib. "Ailədə "patron" kimdir" sualına futbolçu "Uşağımız Patrik", - deyə cavab verib. O, karyerasında gələcək planlarla bağlı suala isə futbolda planlı heç nə olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə