"Qarabağ" klubu "İnter"lə oyunun hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 4-də "bankir"ləri qəbul edəcək komanda dünən trenajor zalında çalışıb. Ardınca isə komanda Suraxanı qəsəbə stadionuna yollanıb. Uzun zamandır təmirə bağlanan qəsəbə stadionunda komanda ilk dəfə məşqə çıxıb. "Qarabağ" "İnter"i məhz bu stadionda qəbul edəcək.
Komanda yeni stadiona köçməklə yanaşı zədəlilərin düzəlməsinə də sevinir. Ötən tur Emin İmaməliyev meydana çıxıb. Maksim Medvedev ehtiyatda qalsa da, gənc müdafiəçi "İnter"lə oyunda tam sağlam vəziyyətdə olacaq. Digər zədəlilər - Samir Abasov və Andrey Rubinsin də artıq komanda ilə məşqlərə başlaması hər kəsi sevindirir. Hazırda komandadan ayrı məşq edən sadəcə Əfran İsmayılov və Ayxan Abbasovdur. Onların da gələn həftədən etibarən qrup çalışmalarına qoşulacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB