“Bakılı”nın stadionu satılıb

“Bakılı”nın stadionu satılıb

"8-ci kilometr" qəsəbəsindəki "Bakılı" klubuna məxsus stadion satılıb. SİA-nın xəbərinə görə, stadionu AFFA satın alıb. Arenada artıq inşaat işlərinə başlanılıb. Stadionun 2012-ci ilin əvvəllərində istifadəyə veriləcəyi nəzərdə tutulub.

11 min nəfərlik tamaşaçı tutumuna malik olacaq stadionun meydançasının təbii ot örtüyü yenilənəcək. 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı oyunlarının bir qismi məhz bu arenada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə