Belçika millisinin forvardı “Borussiya”da!

Belçika millisinin forvardı “Borussiya”da!

“Tyanszyan Syuantszyan” klubunun futbolçusu Aksel Vitselin “Borussiya”ya keçidi rəsmiləşib. Bu barədə Dortmund təmsilçisinin saytı xəbər yayıb. Belçika millisinin üzvü komandanın İsveçrədəki toplanışına qoşulub. Onunla 4 illik müqavilə imzalanacaq. Futbolçu ilinə 10 milyon avro qazanacaq.

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən il “Zenit”dən Çin klubuna keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə