“Çelsi” Mett Miazqanı Fransa klubuna icarəyə verib

“Çelsi” Mett Miazqanı Fransa klubuna icarəyə verib

İngiltərənin “Çelsi” klubu, futbolçusu Mett Miazqanı icarəyə verib. ABŞ millisinin üzvü gələn mövsüm Fransanın “Nant” klubunda çıxış edəcək. Bu barədə yüksək liqa təmsilçisinin rəsmi saytı xəbər yayıb. Mövsümün sonunda “Nant” bu futbolçunun transfer hüquqlarına da yiyələnmək şansı qazanıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu “Çelsi”yə 2016-cı ildə ABŞ-ın “Nyu York Red Bullz” klubundan transfer edilib. O, son iki mövsümdə icarə əsasında Hollandiyanın “Vitess II” komandasında oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə