“AXC-nin 100 illiyi”nə həsr olunmuş mini-futbol turniri keçiriləcək
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə agentlik və tabeliyində olan qurumlar arasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş mini-futbol turniri keçiriləcək. Baş İdarədən SİA-ya verilən məlumata görə, turnir 11 avqust 2018-ci il tarixdən yarışın əsasnaməsinə uyğun olaraq olimpiya sistemi ilə Azərbaycan Türk futbol klubunun meydançasında keçiriləcək.
Oyunlar peşəkar hakimlər tərəfindən idarə olunacaq. Yarışın keçirilməsində məqsəd futbolun təbliğatı, ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, o cümlədən, qurumlar arasında qarşılıqlı əlaqələrin yaradılması və asudə vaxtın səmərəli təşkilidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB