Mario Qomes Almaniya millisindən getdi

Mario Qomes Almaniya millisindən getdi

"Ştutqart"ın futbolçusu Mario Qomes Almaniya millisindəki karyerasını başa vurub. Bu barədə 33 yaşlı hücumçu özünün "Feysbuk" hesabında yazıb.

Qeyd edək ki, 2007-ci ildən Almaniya yığmasının əsas komandasında oynayan M.Qomes 78 matçda 31 qol vurub. Xatırladaq ki, bundan əvvəl "Arsenal"ın oyunçusu Məsut Özil Almaniya millisindək karyerasını bitirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə