“Mançester Siti” İngiltərə superkubokunu qazandı

“Mançester Siti” İngiltərə superkubokunu qazandı

Futbol üzrə İngiltərə superkuboku uğrunda oyun keçirilib. Londonun “Uembli” stadionunda son çempion “Mançester Siti” ölkə kubokunun qalibi “Çelsi” ilə qarşılaşıb. Matç "Mançester Siti"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Çelsi" - "Mançester Siti" - 0:2
Qollar:
Serxio Aquero, 13, 58

Qeyd edək ki, bu, Maurisio Sarrinin "Çelsi"nin yeni baş məşqçisi kimi ilk rəsmi oyunu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə