Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qalatasaray”ın növbəti transfer hədəfi bəlli olub. SİA-nın məlumatına görə, müdafiə xəttini gücləndirmək istəyən “sarı-qırmızılar” “Valensiya”nın futbolçusu Ezekiel Qarayı icarəyə götürmək niyyətindədir.
“Cim-bom”un 31 yaşlı futbolçu üçün “yarasalar”a 2,5 milyon avro icarə məbləği təklif edəcəyi deyilir.
2016-cı ildən “Valensiya”da çıxış edən argentinalı müdafiəçi 50 oyunda iştirak edib, 4 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB