Ruslan Abışov əməliyyat olunub - "Özümü yaxşı hiss edirəm

Ruslan Abışov əməliyyat olunub - "Özümü yaxşı hiss edirəm

"Neftçi” PFK-nın futbolçusu Ruslan Abışov əməliyyat olunub. SİA-nın məlumatına görə, Almaniyada baş tutan əməliyyat uğurlu keçib.

Kapitan bununla bağlı açıqlama verib: "Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəyəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin Macarıstanın "Uypeşt” klubu ilə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə