"Çelsi"nin futbolçusu əkiz uşaqlarına görə forma nömrəsini dəyişib

"Çelsi"nin futbolçusu əkiz uşaqlarına görə forma nömrəsini dəyişib

"Çelsi"nin futbolçusu Alvaro Moratanın London klubundakı forma nömrəsi dəyişib. İngilis klubunun rəsmi saytında yer alan xəbərə görə, o, 2018/2019 mövsümündə 29 nömrəli forma ilə çıxış edəcək. Morata əkiz uşaqları bu il iyulun 29-u doğulduğu üçün onların şərəfinə bu nömrəni seçib. Qeyd edək ki, Morata bundan əvvəl 9 nömrəli forma geyinirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə