Türkiyənin "Konyaspor" klubu məşhur futbolçu Samuel Eto`O ilə yollarını ayırır. "Report" “beIN Sports”a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi 37 yaşlı təcrübəli hücumçu ilə müqaviləni ləğv etməyi qərara alıb.
Yanvar ayında komandaya cəlb olunan kamerunlu oyunçu "Konyaspor"la 2.5 illik müqavilə imzalamışdı. Fransanın "Nim" klubu Eto`Onu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Samuel Eto`O karyerası ərzində İspaniyanın “Real Madrid”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, İtaliyanın “İnter”, “Sampdoriya”, Rusiyanın “Anji”, İngiltərənin “Çelsi”, “Everton” və Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB