"Yuventus" "Verder"in futbolçusunu icarəyə götürüb

"Yuventus" "Verder"in futbolçusunu icarəyə götürüb

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib. Turin klubu "Verder"dən İdrissa Tureni icarəyə götürüb. Məlumatı Bremen təmsilçisinin rəsmi saytı yayıb. Əgər 20 yaşlı yarımmüdafiəçinin oyunu məşqçilər korpusunu qane etsə, "Yuventus" mövsümün sonunda onu birdəfəlik transfer edə bilər. Qeyd edək ki, "Leypziq"in yetirməsi olan futbolçu Almaniyanın gənclər yığmasının da üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə