“Barselona”nın müdafiəçisi Aleyş Vidal karyerasını yenidən “Sevilya”da davam etdirməyə yaxındır. AS nəşrinin yazdığına görə, 28 yaşlı futbolçunun transferi barədə iki klub arasında razılıq əldə olunub.
“Sevilya” keçmiş oyunçusunu geri qaytarmaq üçün kataloniyalılara 8 milyon avro təzminat ödəyəcək. Keçidin yaxın günlərdə açıqlanacağı gözlənilir. Qeyd edək ki, Vidal 2015-ci ildə məhz “Sevilya”dan “Barselona”ya transfer olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB