“Yuventus” Ronaldodan sonra yeni supertransferlərə hazırlaşır

“Yuventus” Ronaldodan sonra yeni supertransferlərə hazırlaşır

“Real”dan Kriştiano Ronaldonu heyətinə qatan “Yuventus” növbəti səs-küylü transfer gerçəkləşdirə bilər. “Tuttosport” nəşri yazır ki, bu barədə Turin klubunun idman direktoru Pavel Nedved açıqlama verib. Veteran futbolçu komandaya yeni ulduzların alınacağını istisna etməyib: “Bu, hələ son deyil. Başqa səs-küylü transferlər də ola bilər” – deyə o bildirib. Qeyd edək ki, İtaliyada yay transfer pəncərəsinin bağlanmasına 15 gün qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə