Qustavo Qomes "Palmeyras"da

“Milan"ın müdafiəçisi Qustavo Qomes karyerasını Braziliyada davam etdirəcək. Paraqvaylı futbolçu A Seriyasında mübarizə aparan "Palmeyras"a keçib. O, yeni komandaısnda icarə əsasında çıxış edəcək. Bu barədə "Palmeyras"ın saytı məlumat yayıb. Qeyd edək ki, "Milan" Qomesi 2016-cı ildə Argentinanın “Lanus” klubundan transfer etmişdi. 25 yaşlı futbolçu "rassonyerlər"in heyətində 19 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə