Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması, toplanış çərçivəsində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, qarşılaşma 3:2 hesabı ilə Belarus yığmasının xeyrinə başa çatıb. Rəqib hər üç qolu penalti zərbəsindən vurub. U-17-nin heyətində isə Rauf Məhərrəmovla Musa Qurbanlı fərqlənib.
Oyunla bağlı yığmanın baş məşqçisi Ramin Quliyev fikirlərini bildirib: “Belarus yığması ilə oyun futbolçularımızın beynəlxalq təcrübəsini artırmaq üçün çox yaxşı fürsət idi. Pis mübarizə aparmadıq, yetərincə qol imkanlarımız oldu. Müdafiə xəttində problemlərimiz var. Müdafiəçilərimiz sadə oyun epizodunda 3 dəfə 11 metrlik cərimə zərbəsi ilə yekunlaşan səhvə yol verdi. İlk növbətə müdafə xəttini gücləndirmək barədə düşünməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB