“Şalke”dən "Kristal Pelas"a

“Şalke”dən ayrılan Almaniya millisinin üzvü Maks Meyerin yeni klubu bəlli olub. SİA-nın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. Meyer Premyer Liqa təmsilçisi "Kristal Pelas"la 4 illik müqavilə bağlayıb. Onun həftəlik qazancı 220 min avro olacaq. Meyer komandada ən çox maaş alan futbolçuya çevrilib.

Qeyd edək ki, Meyer 2009-cu ildən "Şalke"də çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə