Qadın güləşçimiz Avropa çempionatının finalında

Qadın güləşçimiz Avropa çempionatının finalında

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, çempionatın dördüncü günündə gənc qızlardan ibarət yığmamızın üzvü, 53 kq çəki dərəcəsində yarışan Tatyana Varantsova İtaliya və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Final yolunda güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Tam üstünlüklə qalib gələn Tatyana Varantsova finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Türkiyə idmançısı olacaq.

Final görüşləri avqustun 3-də saat 20:00-da (Bakı vaxtı ilə) başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə