“Bavariya” növbəti transferini açıqlayıb

“Bavariya” növbəti transferini açıqlayıb

“Bavariya” növbəti transferini açıqlayıb. Klubun saytında yer alan xəbərə görə, Leon Qoretska ilə 4 illik müqavilə imzalanıb. Son klubu “Şalke” olan 23 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinə azad agent statusu ilə keçib. Qeyd edək ki, Qoretska Almaniya millisinin üzvüdür. O, yığmada 16 oyuna 6 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə