"Zirə” növbəti transferini həyata keçirib. Klubun saytında yer alan xəbərə görə, Topaz Premyer Liqa təmsilçisi Miloş Radivoyeviçi transfer edib. Serbiyalı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. Qeyd edək ki, 28 yaşlı futbolçunun sonuncu klubu İsrailin “Hapoel” (İroni Kiryat-Şimona) olub. O, daha əvvəl ölkəsinin “Sindeliç”, “Borça”, “İnciya”, “Vozdovaç”, “Radinski”, “Rad” klublarında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB