Bonuççi karyerasını "Yuventus"da davam etdirəcək

Bonuççi karyerasını "Yuventus"da davam etdirəcək

"Milan"nın futbolçusu Leonardo Bonuççi karyerasını "Yuventus"da davam etdirəcək. SİA-nın məlumatına görə, 31 yaşlı müdafiəçi tibbi müayinədən keçmək üçün Turin təmsilçisinin bazasına gedib. Onunla 5 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, L.Bonuççi 2017-ci ildə məhz "Yuventus"dan "Milan"a 40 milyon avroya transfer olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə