"Qarabağ" klubunun UEFA-dan əldə etdiyi gəlir müəyyənləşib

"Qarabağ" klubunun UEFA-dan əldə etdiyi gəlir müəyyənləşib
Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksələn "Qarabağ" klubunun UEFA-dan əldə etdiyi gəlir müəyyənləşib. SİA-nın məlumatına görə, Ağdam klubu turnirə qatılmaqla 280 min avro qazanmışdı. Sloveniyanın "Olimpiya" klubunu mübarizədən kənarlaşdıran komanda 380 min avroya yiyələnmişdi. Ötən gün Albaniya "Kukesi"ni məğlub edərək, III mərhələyə yüksələn təmsilçimizin UEFA-dan bu mövsüm ümumi qazancı 1,14 milyon avro olub. Qeyd edək ki, ÇL-in qrupuna vəsiqə qazanan klub 12 milyon avro mükafat alır.

Bütün xəbərlər Facebook səhifəmizdə