“Sabah” "Səbail" ilə yoxlama görüşü keçirəcək

“Sabah” "Səbail" ilə yoxlama görüşü keçirəcək
"Sabah" növbəti mövsümə hazırlığı davam etdirir. SİA-nın məlumatına görə, Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışından qayıtdıqdan sonra iki günlük istirahətə buraxılan komanda ötən gün məşqləri bərpa edib. "Sabah" Premyer Liqanın digər təmsilçisi "Səbail"lə yoxlama görüşü keçirəcək. Matç avqustun 5-də baş tutacaq. Oyunun saatı və məkanı açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə