Seneqal millisinin hücumçusu Mussa Sou milli komandada karyerasını başa çatdırıb. SİA-nın məlumatına görə, bu haqda futbolçu özü açıqlama verib. Sou 2009-cu ildən millidə yer alırdı. O, komandada 50 oyun keçirib,19 qol vurub. Futbolçu DÇ-2018-də Seneqal millisinin heyətində olsa da, heç bir matçda meydana çıxmayıb. Seneqallılar mundialda 3 oyuna 4 xal toplayaraq qrup üçüncüsü olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB