"Qarabağ" güclü komandadır. Oyuna müdafiədən başladıq. Bilirdik ki, çətin olacaq. İlk 20 dəqiqədə qapımızı toxunulmaz saxladıq, amma alınmadı". SİA-nın məlumatına görə, bu sözləri "Kukesi" klubunun idman direktoru Nderim Nedzipi deyib. O, çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə "Qarabağ"a qarşı keçiridikləri və məğlub olduqları matçı dəyərləndirib.
Klub rəsmisi qırmızı vərəqədən sonra mərhələ keçmək şanslarını itirdiklərini bildirib: "Qırmızı vərəqədən sonra hər şey bitmişdi. "Qarabağ" iki oyuna əsasən, daha güclü idi. Onlar mərhələ adlamağa layiq idilər. Penalti qərarları isə doğru idi".
Nedzipi "Qarabağ"ın qrup mərhələsinədək irəliləmək potensialının olduğunu sözlərinə əlavə edib: "İlk oyunda çox yaxşı müdafiə olunmuşduq. "Qarabağ"ın Albaniyadakı oyunda elə də şansları olmamışdı. Bakıya bir qol vurmağa gəlmişdik. Amma bizdə alınmadı. "Qarabağ"a uğurlar arzulayıram və İnşAllah, Ağdam klubunu yenidən ÇL-in qrupunda görərik. "Qarabağ" BATE-ni də keçə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB