"Qarabağ" ÇL-də 3-cü təsnifat mərhələsinə yüksəlib

"Qarabağ" ÇL-də 3-cü təsnifat mərhələsinə yüksəlib

Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, "Qarabağ" klubu öz meydanında "Kukesi"ni qəbul edib. Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olan Ağdam klubu bu dəfə rəqibini 3 cavabsız qolla məğlub edib.

Bununlada "Qarabağ" 3-cü təsnifat mərhələsinə yüksəlib. Təmsilçimiz bu mərhələdə Belarusun BATE klubu ilə qarşılaşacaq.

1 avqust

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. "Qarabağ" (Azərbaycan) - "Kukesi" (Albaniya) - 3:0

Qollar: Dani Kintana, 24-pen. 57-pen. Con Delarj, 89

Matçın 53-cü dəqiqəsində İnnosent Emeqara penaltidən yararlana bilməyib

Qırmızı vərəqə: Alla, 52 ("Kukesi")

Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə