“Qəbələ”nin sabiq futbolçusu "Tvente"də!

“Qəbələ”nin sabiq futbolçusu "Tvente"də!

“Qəbələ”nin sabiq futbolçusu Rikardinyo klubunu dəyişib. Qol.az-ın xəbərinə görə, İngiltərə I Liqasında çıxış edən “Oksford Yunayted”dən ayrılan 33 yaşlı müdafiəçi karyerasını Hollandiyada davam etdirəcək. Braziliyalı futbolçu I Liqada mübarizə aparan "Tvente" ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Rikardo Ferreyra da Silva 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə