Diarra Fransa yığmasındakı karyerasını bitirib

Diarra Fransa yığmasındakı karyerasını bitirib

PSJ-nin yarımmüdafiəçisi Lassana Diarra Fransa yığmasındakı karyerasını bitirib. “RMC Sport” xəbər verir ki, 33 yaşlı futbolçu bütün diqqətini klub karyerasına yönəldəcəyini deyib. “Mənim üçün Fransa yığması artıq bir müddətdi yoxdu. Karyeramın geri qalan hissəsində PSJ-nin uğurları üçün tər tökəcəm. Fransa millisində etdiklərimdən məmnunam, amma bununla kifayətlənmək niyyətində deyiləm” – deyə, Diarra bildirib.

Diarra 2013-cü ildə məşqçilərin komandanın uğursuzluğunda onu günahlandırmasını səbəb göstərərək, yığmada oynamaqdan imtina etmişdi. Daha sonra o, millinin Avro-2016 üçün olan heyətinə daxil edilsə də, zədəyə görə oyunları buraxmalı olmuşdu.

Qeyd edək ki, Lassana Diarra “xoruzlar”ın heyətində sonuncu dəfə 2016-cı ilin mayında Kamerun yığmasına qarşı meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня