Tural Rzayev Litva klubunda

"Kəpəz"dən ayrılan Tural Rzayevin yeni klubu bəlli olub. SİA-nın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi legioner həyatı yaşayacaq. T.Rzayev Litvanın A Liqasında mübarizə aparan "Yonava" klubu ilə 1 illik müqavilə bağlayıb. O, "Yonava"da 10 nömrəli forma altında çıxış edəcək.

2015-ci ildən "Kəpəz"də oynayan Tural kayerası ərzində "Ağsu" və "Zirə" kimi komandalarda forma geyinib.

Qeyd edək ki, "Yonava" bir müddət öncə "Qəbələ" Futbol Akademiyasının yetirməsi Kamran Quliyevlə 2,5 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə