"Barselona"nın yeni futbolçusu Malkom Kataloniya klubunda ilk qolunu vurub. SİA-nın məlumatına görə, braziliyalı futbolçu "İnternational Champions Cup" turniri çərçivəsində Roma ilə keçirilən oyunda fərqlənib. 21 yaşlı Malkom "Roma"nın 4:2 hesabı ilə qalib gəldiyi matçın 49-cu dəqiqəsində debüt edib.
Xatırladaq ki, Malkom bu yay "Bordo" klubundan "Roma"ya keçməyə yaxın idi. "Barselona" bu futbolçunu son anda "Roma"nın əlindən almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB