“Zirə” Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışını başa vurub. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi dünən saat 21:00-da Bolu - İstanbul - Bakı reysi ilə Vətənə qayıdıb.
Qeyd edək ki, iyulun 19-dan Boluda toplanışda olan “Zirə” bu müddətdə 4 yoxlama oyunu keçirib. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Qətərin “Əl-Xaritiya” və Türkiyənin “Girəsunspor” klubları ilə heç-heçə edib - 1:1, 0:0. Həmçinin, komanda yerli “Osmanlıspor”a 1:0, İran “Traktorsazi”sinin U-23 komandasına isə 3:0 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB