Arif Əsədov: "Neftçi" kimi iddialı klubda çıxış etmək üçün daha çox çalışmaq lazımdır"
Mövsümün əvvəlində Sumqayıt "Standard"ından "Neftçi" PFK-ya transfer edilən hücumçu Fərid Quliyev transferə çıxarılıb. Flaqmanın baş məşqçisi Arif Əsədovun qərarı ilə yığmamızın forvardına özünə yeni klub axtarmaq tövsiyə edilib.
SİA-nın xəbərinə görə, bununla bağlı Arif Əsədov klubun rəsmi saytına fikirlərini bildirib: "Mövsümün əvvəlində Fərid Quliyevin gənc və perspektivli futbolçu kimi komandamıza transfer edilməsini lazım bildik. Deməliyəm ki, ona yetərincə şans verdik. "Neftçi" kimi iddialı klubda çıxış etmək üçün daha çox çalışmaq lazımdır. Quliyevə məhz bunları aşılamağa çalışdıq.
Qeyd etməliyəm ki, son zamanlar məşqlərdə Fərid Quliyev özünü lazımi tərəfdən göstərə bilmirdi. Məhz buna görə də ona özünə yeni klub tapmağı tövsiyə etdik. Üstəlik, "Neftçi"nin heyətində Bahodir Nasimov, Emil Mpenza, U-21-in üzvü Ruslan Qurbanov kimi hücumçular da yer alır. Fəridə gələcək karyerasında uğurlar arzulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB