“Barselona”nın müdafiəçisi Yerri Mina komandadan ayrılmaq üzrədir. “Sport.es” nəşrinin yazdığına görə, kolumbiyalı futbolçu şəxsi “İnstagram” hesabında kataloniyalıların oyunçusu olması ilə bağlı məlumatları silib.
Əvəzində isə “Mançester Yunayted”in rəsmi səhifəsini izləməyə başlayan 23 yaşlı yarımmüdafiəçi bununla Kataloniya klubundan ayrılacağına işarə vurub. “Mançester Yunayted” Mina üçün “Barselona”ya 40 milyon avro təklif edib. Qeyd edək ki, 23 yaşlı futbolçu bu ilin yanvar ayından “Barselona”da çıxış edir. O, bu müddət ərzində 5 La Liqa oyununa çıxıb. Mina son dünya çempionatında Kolumbiya millisinin heyətində 3 oyuna 3 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB