“Yuventus” Qonsalo İquainlə bağlı qərar qəbul edib. “Sky Sport İtalia” nəşrinin yaydığı xəbərə görə, “qoca sinyora” argentinalı hücumçunun “Milan”a keçməsinə razılıq verib. Dünən futbolçunun meneceri (həm də qardaşı) ilə görüşən Turin klubunun rəsmiləri onun icarəyə verilməsi ilə bağlı razılığa gəliblər. Kriştiano Ronaldonun gəlişindən sonra ehtiyatda qalacağını düşünən İquain də “Milan” keçməyə razıdır. Qeyd edək ki, keçidin bu gün rəsmən açıqlanacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB